Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » İspaniya Ukraynaya zirehli transportyorlar göndərir

İspaniya Ukraynaya zirehli transportyorlar göndərir

Tarix : 02-02-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
İspaniyanın Müdafiə Nazirliyi fevralın 6-da Ukraynaya 20 ədəd M113 zirehli transportyoru göndərəcək.

Bu barədə “Europa Press” məlumat verib.

Paralel olaraq İspaniya 6 ədəd “Leopard 2A4” döyüş tankını da Ukraynaya təhvil verəcək. İspaniyada 300-dən çox belə tank olsa da, onların əksəriyyəti konservasiyadadır və istismara yararsızdır.

Artıq yola salınacaq tankların təcili təmiri başlayıb.

Şərhlər: 0

Şərh yaz