Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Dmitri Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolunu açıqlayıb

Dmitri Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolunu açıqlayıb

Tarix : 03-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolu barədə danışıb. O deyib ki, bunun üçün Ukrayna tərəfinə tankların, döyüş təyyarələrinin və zenit-raket komplekslərinin çatdırılması davam etməlidir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün “Twitter“ səhifəsində Buçada baş verən hadisələri şərh edərkən yazıb:

“Buçadakı qətliam sübut edir ki, Rusiyanın ukraynalılara nifrəti Avropanın İkinci Dünya Müharibəsindən bəri gördüyü hər şeyi alt-üst edir”.
O bildirib ki, müharibə dəhşətlərini dayandırmağın yeganə yolu Ukraynaya Rusiya ordusunu mümkün qədər tez qovmaqda kömək etməkdir:
“Tərəfdaşlar ehtiyaclarımızı bilirlər. Tanklar, döyüş təyyarələri, zenit-raket sistemləri”.

Şərhlər: 0

Şərh yaz