Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Türkiyədə zəlzələdə ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb

Tarix : 06-02-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
“Kahramanmaraşda 70 nəfər ölüb, 200 yaralı var, 300 bina dağılıb. Bu sayın artacağı gözlənilir”.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, Hatayda 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb:

“Osmaniyədə 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb. Adıyamanda 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb. Diyarbəkirdə 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb. Şanlıurfada 18 nəfər ölüb, 200 yaralı var, 60 bina dağılıb. Qaziantepdə 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb. Kilisdə 8 nəfər ölüb, 200 yaralı var. 50 bina dağılıb. Adanada 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb. Malatyada 47 nəfər həlak olub, 550 yaralı var, 300 bina dağılıb”.

Fuat Oktay qeyd edib ki, Kahramanmaraş və Qaziantepdə hava limanları mülki uçuşlar üçün bağlanıb.

Şərhlər: 0

Şərh yaz