Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Aralıq dənizində 90-dan çox miqrant ölüb

Aralıq dənizində 90-dan çox miqrant ölüb

Tarix : 04-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Aralıq dənizində qayıq qəzası nəticəsində 90-dan çox miqrant ölüb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Twitter“ səhifəsində paylaşım edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, hadisə bir neçə gün əvvəl baş verib.

Təxminən 100-ə yaxın insan həddindən artıq dolu qayıqla Liviyadan Avropaya yola salınıb.

Aralıq dənizini keçərkən qəza baş verib.

Qayıq qəza siqnalı verdikdən sonra ticarət gəmisi köməyə gəlib.

Hadisə nəticəsində 4 nəfər sağ qalıb.

Sağ qalanların dörd gün dənizdə qaldığı bildirilib.

Şərhlər: 0

Şərh yaz