Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Orban parlament seçkilərində qalib gəldiyini elan edib

Orban parlament seçkilərində qalib gəldiyini elan edib

Tarix : 04-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Macarstanda keçirilən parlament seçkilərində ilkin nəticələr məlum olub.

Azinfo.az “RİA Novosti“yə istinadən xəbər verir ki, baş nazir Viktor Orban hakim partiyanın seçkilərdə qalib gəldiyini elan edib.

Hakim Xristian Demokratik Xalq Partiyası 67,34% səslə öndədir. Müxalif Peter Marki-Zajın rəhbərlik etdiyi partiya isə 29,15% səs toplayıb.

Əgər aradakı fərq bu cür olarsa hakim partiya parlamentdə 134 nəfərlə, rəqibləri isə 56 yerlə təmsil olunacaq.

Şərhlər: 0

Şərh yaz