Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli transportyoru alacaq

Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli transportyoru alacaq

Tarix : 04-04-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli transportyoru alacaq.

Bunu “Polskiej Grupy Zbrojeniowej” (PGZ) holdinqinin rəhbəri Sebastiyan Çvalek (Sebastian Chwałek) “Polsat News “ kanalının efirində deyib.
Çvalek qeyd edib ki, zirehli texnika müxtəlif versiyalarda təqdim ediləcək və müxtəlif silahlarla təchiz olunacaq.

O həmçinin əlavə edib ki, Polşa müdafiə sənayesinin potensialı baxımından Ukrayna ilə ikinci ən böyük hərbi ixrac müqaviləsi “Rosomak” zirehli texnikasının göndərilməsi olacaq və çatdırılma şərtləri müqavilədən asılı olacaq.

Şərhlər: 0

Şərh yaz