Rusiyada Avropaya daşınması planlaşdırılan 700 kq kokain müsadirə edilib
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Latın Amerikası ölkələrindən birindən Rusiya vasitəsilə Avropa İttifaqı ərazisində daşınan dəyəri 2,5 milyard rubldan çox olan 700 kq kokaini müsadirə edib.Azinfo.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Latın Amerikası kokainin topdansatış partiyası Moskvaya çatdırılıb və Moskva vilayətində hadisə ilə əlaqəsi olmayan bir adamın adına icarəyə götürülmüş anbara yerləşdirilib. Məlum olub ki, kokainin bir hissəsinin Aİ ölkələrindən birində, digər hissəsinin isə Rusiyada satılması planlaşdırılıb.
Şərhlər: 0
Şərh yaz
