Rusiya FTB hərbi jurnalistin qətlində iştirak edən digər şəxsi müəyyən edib
Rusiya FTB və İstintaq Komitəsi Tatarskinin qətlində iştirak edən digər şəxsi müəyyən edib.
Azinfo.az APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhqiqat Bürosunun (FTB) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Məlumatda deyilir ki, həmin şəxs Ukrayna vətəndaşı Yuri Denisovdur: “İlkin istintaq zamanı müəyyən edilib ki, Maksim Fominin (Vladlen Tatarski kimi tanınır – red.) qətlində Daria Trepova ilə birlikdə Ukrayna təxribat-terror qruplaşmasının üzvü, Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Yuri Denisov da iştirak edib.
Denisov təcili çatdırılma xidməti vasitəsilə, partlayış baş verən gün Moskvada hərbi komissara gips büst altında kamuflyaj edilmiş partlayıcı qurğu ötürüb”.
Qeyd olunub ki, aprelin 3-də baş verən terror aktından sonra Denisov Rusiyadan tranzit olaraq Ermənistan ərazisindən Türkiyəyə uçub.
Hazırda Denisovun beynəlxalq axtarışa verilməsi ilə bağlı prosesə başlanılıb.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin ad günü mərasimi zamanı partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Şərhlər: 0
Şərh yaz