Özbəkistanda səs verənlərin 90 faizdən çoxu konstitusiyaya dəyişiklikləri dəstəkləyib
Özbəkistanda səs verənlərin 90 faizdən çoxu konstitusiyaya dəyişiklikləri dəstəkləyib.
Azinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev bildirib.
İlkin məlumatlara görə, konstitusiya referendumunda iştirak edənlərin 90 faizdən çox hissəsi ölkənin əsas qanununa dəyişiklikləri dəstəkləyib.
Qeyd edək ki, Özbəkistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum Prezident Şavkat Mirziyoyevin təklifi ilə keçirilib. Əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Yəni ki, Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq və o, 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.
Həmçinin dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan ediləcək.

Şərhlər: 0
Şərh yaz