Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Polşa Ukraynadakı cinayətlərlə bağlı beynəlxalq komissiya yaradılmasını təklif edib

Polşa Ukraynadakı cinayətlərlə bağlı beynəlxalq komissiya yaradılmasını təklif edib

Tarix : 04-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Polşa Baş naziri Mateuş Moravietski Ukraynada Rusiyanın müharibə cinayətlərinin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edib.

Azinfo.az CNN-ə istinadən xəbərinə görə, Baş nazir bu barədə Varşavada yerli mediaya açıqlamasında bildirib. O, müstəqil komissiyaya həkimlər, kriminoloqlar və mütəxəssislərin daxil edilməsini təklif etdiyini bildirib.

“Biz Ukraynanın şəhərlərində cinayətləri araşdırmaq üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edirik. Biz Buça, İrpin, Qostomel və Motijini xatırlayacağıq. Ruslar soyqırımı cinayəti törədiblər. Bu, lazımı şəkildə sənədləşdirilməli və mühakimə edilməldir ”, - deyə Baş nazir bildirib.

M. Moravietski Rusiyanı “totalitar-faşist dövlət” adlandırıb və onun NATO və Avropa İttifaqı tərəfindən dayandırılmalı olduğunu vurğulayıb.

Şərhlər: 0

Şərh yaz