Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » AYİB Ukrayna və Rusiyaya dair proqnozunu aşağı salıb

AYİB Ukrayna və Rusiyaya dair proqnozunu aşağı salıb

Tarix : 04-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Avropa Yenidənqurma və Inkişaf Bankı (AYİB) Ukrayna və Rusiyaya dair proqnozuna dəyişiklik edib.

Bank əvvəlki proqnozunda bu il Ukraynada 3,5, Rusiyada isə 3% artım proqnozlaşdırmışdı.

Son dəyərləndirmədən sonra bu il Ukraynada ümumi daxili məhsulun 20% azalacağı göstərilir. Bankın mütəxəssislərinin fikrincə, Ukrayna 1970-ci ildən sonra ən ciddi tənəzzüllə üz-üzədir. Lakin gələn il üçün Ukraynada 23% artım gözlənilir.

Bank sanksiya məngənəsində sıxılan Rusiya iqtisadiyyatının bu il azı 10% geriləyəcəyini ehtimal edir. 2023-cü ildə isə 0% həddində artım gözlənilir. Federasiyada inkişafın 2024-cü ildə başlayacağı ehtimal olunur.

Şərhlər: 0

Şərh yaz