Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Lavrov: "Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır"

Lavrov: "Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır"

Tarix : 05-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.

Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti oıduğunu söyləyib:

“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.

Şərhlər: 0

Şərh yaz