Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya aviasiyası Ukraynanın 29 hərbi obyektinə zərbələr endirib

Rusiya aviasiyası Ukraynanın 29 hərbi obyektinə zərbələr endirib

Tarix : 07-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyası ötən gecə Ukraynanın 29 hərbi obyektini məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi,

Kuraxovo vilayətində hədəflərin işıqlandırılması və S-300 zenit-raket kompleksinin yönləndirilməsi üçün radar, yeddi artilleriya batareyası, raket və artilleriya silahları və sursatları anbarı, həmçinin 10 dayaq məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər var”, - Rusiya MN sözçüsü vurğulayıb.

Şərhlər: 0

Şərh yaz