Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Lavrov: “ABŞ və müttəfiqləri Zelenskini döyüşləri davam etdirməyə sövq edir”

Lavrov: “ABŞ və müttəfiqləri Zelenskini döyüşləri davam etdirməyə sövq edir”

Tarix : 07-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

ABŞ və müttəfiqləri Ukrayna rəhbərliyini döyüşləri davam etdirməyə sövq edir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Kiyevin danışıqlar aparmaq iqtidarında olmamasına və onun əldə edilən anlaşmalardan kənara çıxaraq danışıqları uzatmaq və hətta pozmaq xəttinə işarə edib. “Biz bunu Kiyev rejiminin Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunması faktının təzahürü kimi görürük ki, onlar prezident Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov əlavə edib ki, Rusiya Ukrayna tərəfinin danışıqlarda getdikcə daha çox yeni şərtlər irəli sürəcəyini istisna etmir. Onun fikrincə, belə bir ssenari Moskva üçün qəbuledilməzdir: "Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək və yeni ilkin şərtlər qoyacaq. Bu fikir başa düşüləndir, lakin qəbuledilməzdir".

Şərhlər: 0

Şərh yaz