Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəliblər

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəliblər

Tarix : 19-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.

"Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər",- deyə bəyənatda qeyd olunub.

Şərhlər: 0

Şərh yaz