Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya MN: Ukraynada 91 hərbi obyekt vurulub

Rusiya MN: Ukraynada 91 hərbi obyekt vurulub

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya döyüş təyyarələri bir gündə Ukraynada 91 hərbi obyekti vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

“Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 91 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, 11 silah-sursat anbarı, iki elektron döyüş məntəqəsi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin 20 dayaq məntəqəsindəki 52 hərbi texnika vurulub”, - deyə Konaşenkov bildirib.

Şərhlər: 0

Şərh yaz