Ermənistan müxalifəti gecəni İrəvanın mərkəzi meydanında keçirəcək
Ermənistanın birləşmiş müxalifəti İrəvanın mərkəzindəki Fransa meydanında çadırlar qurub gecələməyə hazırlaşır.Bazar ertəsi isə genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyaları başlayacaq.
Bunu bu gün keçirilən mitinqdə parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib.
"Əziz həmvətənlər, biz hamımız Fransa meydanında qalacağıq, bir müddət sonra burada çadırlar qurulacaq. Sabah səhər saat 08:30-da genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağıq. Bir neçə gündən sonra biz baş nazir Nikol Paşinyanın istefasına nail olacağıq”, - deyə o bildirib.
Şərhlər: 0
Şərh yaz
