Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Lavrov Putinin səhhəti ilə bağlı yayılan xəbərləri şərh edib

Lavrov Putinin səhhəti ilə bağlı yayılan xəbərləri şərh edib

Tarix : 02-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazir prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyə edib.

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.

Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.

Şərhlər: 0

Şərh yaz