Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Moskvada 40-a yaxın iraqlı turist itkin düşüb

Moskvada 40-a yaxın iraqlı turist itkin düşüb

Tarix : 05-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
40-a yaxın iraqlı turist Moskvada itkin düşüb.

May tətilinə gələn 38 iraqlı turist Moskvada yoxa çıxıb.

“Aralarında uşaqların olduğu İraqdan olan 38 turist aprelin 30-da Moskvaya ekskursiyaya gəliblər. Onlar otelə yerləşiblər, mayın 1-də və 2-də isə onlarla əlaqə kəsilib", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun sözlərinə görə, otel nömrələrində turistlərin paltarları olan çamadanlar qalıb.
Mənbə əlavə edib ki, polis iraqlıların yoxa çıxması ilə bağlı araşdırma aparır.

Şərhlər: 0

Şərh yaz