Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Lavrov Ukraynaya görə BMT Baş katibini ittiham edib

Lavrov Ukraynaya görə BMT Baş katibini ittiham edib

Tarix : 11-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
BMT Baş katibi Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq fürsətini əldən verib.


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi ilə danışıqların yekununa dair mətbuat konfransında bildirib.

“Çox təəssüf edirəm ki, bu təşkilatın katibliyi, o cümlədən onun Baş katibi uzun 7 il ərzində Kiyev rejiminin Ukraynanın şərqində nizamlanma üzrə Minsk razılaşmalarını təsdiq edən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin açıq təxribatına heç bir reaksiya verməyərək siyasi nizamlanma əldə etmək fürsətini itirmiş oldu”, - Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər: 0

Şərh yaz