Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına münasibət bildirib

Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına münasibət bildirib

Tarix : 11-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Xerson vilayətinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi imkanının dəqiq hüquqi əsası olmalıdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Xerson vilayətinin sakinləri regionun Rusiya Federasiyasına daxil olması üçün müraciət edib-etməmək barədə özləri qərar verməlidirlər.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov regionun Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət etmək niyyətində olduğunu açıqlayıb.

Şərhlər: 0

Şərh yaz