Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Peskov Finlandiya və İsveçin NATO-ya üzvlük ehtimalını şərh edib

Peskov Finlandiya və İsveçin NATO-ya üzvlük ehtimalını şərh edib

Tarix : 11-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
"Rusiya NATO-nun sərhədlərimiz yaxınlığında konfiqurasiyasını dəyişdirən fəaliyyətləri ilə bağlı hər şeyi müşahidə və diqqətlə təhlil edir".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Finlandiya və İsveçin alyansa daxil olma ehtimalını şərh edərkən bildirib.

"Sərhədlərimiz yaxınlığında alyansın (NATO - red) konfiqurasiyasını bu və ya digər halda dəyişdirməyə qadir olan fəaliyyətlərlə bağlı hər şeyi biz ən diqqətli şəkildə izləyirik. Bu, olduqca hərtərəfli təhlilin mövzusudur. Hələlik daha çox şey deyə bilmərik”, deyə Kremlin sözçüsü vurğulayıb.

Şərhlər: 0

Şərh yaz