MDB-nin Insan Haqları üzrə Vahid Məhkəməsi yaradıla bilər

Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində İnsan Haqları üzrə Vahid Məhkəmə yaradıla bilər.
Azinfo.az APA-nın Moskva müxbirinin verdiyi məlumata istinadən bilfirir ki, bunu Qazaxıstanın Almatı şəhərində Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.
O, MDB çərçivəsində İnsan Haqları üzrə Vahid Məhkəmənin yaradıla biləcəyini söyləyib.
Qeyd edək ki, Rusiya Avropa Şurasından çıxdığına görə, müvafiq olaraq Avropa İnsan Haqları Məhkəməsinin konvensiyalarından da çıxıb.
Şərhlər: 0
Şərh yaz
