Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Ermənistan Prezidenti Gürcüstana səfər edəcək

Ermənistan Prezidenti Gürcüstana səfər edəcək

Tarix : 29-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sabah Gürcüstana rəsmi səfər edəcək.

Səfər çərçivəsində Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Prezidentlərin daha sonra mətbuata birgə açıqlaması olacaq.

Vaaqn Xaçaturyan səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və parlament sədri Şalva Papuaşvili ilə də görüşəcəyi bildirilib.

Şərhlər: 0

Şərh yaz