Rusiya XİN: Delyaqinin Azərbaycanla bağlı açıqlamaları qəbuledilməzdir - YENİLƏNİB

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanın ünvanına dedikləri Moskvanın rəsmi mövqeyini əks etdirmir və və qəbuledilməzdir.
Azinfo.az APA-nın Moskva müxbirinin məlumatına istinadən bildirir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib
"Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov artıq [Delyaqinin bəyanatlarını] tam şəkildə şərh edib, əlbəttə ki, biz bu qiymətləndirmə ilə razıyıq. Öz adımdan əlavə edə bilərəm ki, bu cür bəyanatları tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Bu bəyanatlar heç bir halda ölkəmizin Bakı ilə müttəfiqlik əlaqələri və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına yönələn Rusiya rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir. Biz əminik ki, Dövlət Dumasının rəhbərliyi də bu cür təxribatçı bəyanatlara müvafiq qiymət verəcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
***
17:12
Mixail Delyaqinin Azərbaycanla bağlı açıqlamaları qəbuledilməzdir.
Azinfo.az APA-nın Moskva müxbirinin xəbərinə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, Delyaqinin Azərbaycan bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun deyil.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin martın 28-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında müvafiq olaraq yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rusiyalı deputat Azərbaycanı ölkəsi üçün təhdid adlandıraraq Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib.
Şərhlər: 0
Şərh yaz
