Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub
Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub.Bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat xidməti açıqlama yayıb.
Qırğızıstan tərəfi Batken rayonunun Bulaq-Başı adlı ərazisində tacikistanlı sərhədçilərin dövlət sərhədini pozduğunu bildirib.
Tərəflər arasında atışma zamanı Tacikistan tərəfinin minaatanlardan istifadə etdiyi də qeyd olunub.
Hadisə zamanı Qırğızıstan sərhədçiləri arasında 1 nəfərin yaralandığı açıqlanıb.
Şərhlər: 0
Şərh yaz
