Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində yürüş keçirir

Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində yürüş keçirir

Tarix : 04-06-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Ermənistanda “müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

Müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.

Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır.

Xatırladaq ki, “müqavimət” hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Şərhlər: 0

Şərh yaz