Əfqanıstan ərazisindən Özbəkistana raket atılıb
Bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 5 iyul tarixdə saat 16.20-də Termez şəhərinə Əfqanıstan ərazisindən atıldığı ehtimal edilən 5 raket düşüb. Hadisə nəticəsində heç bir partlayış və insan tələfatı qeydə alınmayıb. 4 şəxsi evə yüngül zərər dəyib. İnsidentin səbəblərini araşdırmaq üçün Əfqanıstan tərəfi ilə müzakirələr aparılır.
Şərhlər: 0
Şərh yaz
