Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » “Barselona”nın hücumçusu Levandovski qarət olunub

“Barselona”nın hücumçusu Levandovski qarət olunub

Tarix : 19-08-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  


İspaniyanın “Barselona” klubunun polyak mənşəli hücumçusu Robert Levandovski klubun bazası yaxınlığında avtoqraf verən zaman qarət olunub.

Sport.es saytına istinadən xəbər veririk ki, futbolçu avtomobilinin pəncərəsindən avtoqraf paylayan zaman 2 qarətçi sərnişin yerinin qapısını açaraq futbolçunun qolundan 75 min avro dəyərində saatı oğurlayıb.

Qarətçiləri avtomobillə təqib etmək istəsə də, o, kiçik qəzaya düşüb. Amma Barselona polisi oğruları qısa zamanda saxlayaraq saatı Levandovskiyə geri qaytarıb.

Şərhlər: 0

Şərh yaz