Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiyalı jurnalist Gürcüstandan Ermənistana deportasiya edilib

Rusiyalı jurnalist Gürcüstandan Ermənistana deportasiya edilib

Tarix : 08-09-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Rusiyalı jurnalist və xeyriyyəçi Dmitri Aleşkovski Gürcüstandan Ermənistana deportasiya edilib.

Bu barədə RBC-yə onun anası, tarixçi və Rusiyanın əməkdar müəllimi Tamara Eydelman məlumat verib.

Onun sözlərinə görə, Aleşkovski həyat yoldaşı və qızı ilə Tbilisidə yaşayır.

O, anasının işi ilə bağlı onunla birlikdə ikigünlük İrəvana getmişdi.

Eydelman nəşrə bildirib ki, sərhədçilər Aleşkovskiyə Gürcüstana daxil olmaqdan imtinanın səbəbini izah etməyib və onu geri Ermənistana göndəriblər.

Dmitri Aleşkovski “Need Help” xeyriyyə fondunun və “Takie Dela” onlayn nəşrinin həmtəsisçisidir.

2021-ci ilin sonunda o, fondun rəhbəri vəzifəsini tərk edib.

2022-ci ilin iyulunda Rusiya Ədliyyə Nazirliyi onu “xarici agent” kimi fəaliyyət göstərən KİV-lərin reyestrinə daxil edib.

Şərhlər: 0

Şərh yaz