Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Köməkçisi Putinin Ermənistana səfəri ilə bağlı məlumatı təsdiqləməyib

Köməkçisi Putinin Ermənistana səfəri ilə bağlı məlumatı təsdiqləməyib

Tarix : 08-09-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin Ermənistana gözlənilən səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanla işgüzar əlaqələrin aktiv olduğunu, liderlərin bir neçə dəfə görüşdüklərini və mütəmadi olaraq telefonla danışdıqlarını söyləyib.

"Bu barədə heç bir təsdiq yoxdur. Hələlik bizim tərəf bu barədə rəsmi açıqlama verməyib", - Uşakov jurnalistlərə belə bir səfərin hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavabında bildirib.

Şərhlər: 0

Şərh yaz