Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya aviasiyası bir gündə Ukraynanın 40 hərbi obyektini vurub

Rusiya aviasiyası bir gündə Ukraynanın 40 hərbi obyektini vurub

Tarix : 01-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

“Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiyası sutka ərzində Ukraynanın 40 hərbi obyektini, o cümlədən “Buk-M1” və “Osa” zenit-raket komplekslərini vurub”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

O, bildirib ki, iki zenit-raket kompleksi Muraxov vilayətində, “Buk-M1” isə Velikie Novoselki rayonunda vurulub.

Rusiya Silahlı Qüvvələri fevralın 24-dən indiyədək Ukraynada 124 təyyarə, 82 helikopter və 1854 tank və digər zirehli texnikanı məhv edib.

Şərhlər: 0

Şərh yaz