Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Nobel Fondu Rusiya və Belarus səfirlərini mükafatlandırma mərasiminə dəvət etməyib

Nobel Fondu Rusiya və Belarus səfirlərini mükafatlandırma mərasiminə dəvət etməyib

Tarix : 26-10-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Rusiya və Belarus səfirləri Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət edilməyib.

Bu barədə Nobel Fondunun yaydığı məlumatda qeyd olunub.

Belə bir qərarın Ukraynadakı hərbi münaqişə səbəbindən verildiyi bildirilib.
Xatırladaq ki, 2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs, iki təşkilat olub.
Belə ki, Nobel sülh mükafatı belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memorial" insan hüquqları təşkilatına və Ukraynanın "Centre for Civil Liberties" (Vətəndaş Azadlıqları Mərkəzi) təşkilatına verilib.

Şərhlər: 0

Şərh yaz