Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya MN: Ukraynada 28 hərbi obyekt məhv edilib

Rusiya MN: Ukraynada 28 hərbi obyekt məhv edilib

Tarix : 02-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 28 hərbi obyekti məhv edib.

Azinfo.az TASS-a istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Əməliyyat başlayandan Rusiya ordusu tərəfindən Ukraynada 381 PUA, 1888 tank və digər zirehli maşınlar, 205 YARS, 793 top və 1771 hərbi avtomobil məhv edilib” – deyə Konaşenkov qeyd edib.

Şərhlər: 0

Şərh yaz