Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Güclü qar səbəbindən Moskvanın hava limanlarında 50-dən çox reys təxirə salınıb

Güclü qar səbəbindən Moskvanın hava limanlarında 50-dən çox reys təxirə salınıb

Tarix : 14-12-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 50-dən çox reys təxirə salınıb.

Güclü qar yağması səbəbindən Vnukovo və Domodedovo hava limanlarının hər birində 4 reys, Şeremetyevo hava limanında isə 1 reys ləğv olunub.

Moskva Dairəvi yolunda 10 bala qədər tıxac yaranıb.
Qeyd edək ki, ötən həftənin şənbə günündən bəri Moskvaya 52 mm, aylıq normanın 90%-i qədər yağıntı düşüb.

Şərhlər: 0

Şərh yaz