Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya ordusu Odessa şəhərində neft emalı zavoduna raket zərbələri endirib

Rusiya ordusu Odessa şəhərində neft emalı zavoduna raket zərbələri endirib

Tarix : 03-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya ordusu Ukraynanın Odessa şəhərində neft emalı zavodunu və yanacaq anbarlarını məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Bu gün səhər saatlarında yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhərində bir neft emalı zavodunu və üç yanacaq-sürtkü materialları anbarını məhv edib. Bundan başqa, hava hücumundan müdafiə sistemləri Kudryaşovka və Şurovka kəndləri yaxınlığında havada iki Ukrayna pilotsuz uçuş aparatını vurub", deyə Rusiya MN rəsmisi vurğulayıb.

Şərhlər: 0

Şərh yaz