Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya XİN: Moskva Ukraynadakı münaqişənin həllini rədd etmir, lakin Kiyevin şərtləri ilə yox

Rusiya XİN: Moskva Ukraynadakı münaqişənin həllini rədd etmir, lakin Kiyevin şərtləri ilə yox

Tarix : 26-12-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Moskva Ukraynadakı münaqişənin siyasi həllini rədd etmir, lakin Kiyevin şərtlərini də rədd edir.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Rusiya danışıqlar və münaqişənin siyasi həlli variantını rədd etməsə də, biz Ukrayna rəhbərliyinin irəli sürdüyü şərtlər barədə danışmaq fikrində deyilik. İndi hər şey yalnız Kiyevin və onun Qərb kuratorlarının böhranın həqiqi siyasi-diplomatik həllinə hazırlığından asılıdır”, - Qaluzin bildirib.

Şərhlər: 0

Şərh yaz