Rusiya MN başçısı: Finlandiyanın NATO-ya üzvlüyü xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcək
NATO anti-Rusiya kursunu gücləndirir, Ukraynaya hərbi yardımı artırır, döyüş hazırlığını artırmaq üçün tədbirlər həyata keçirir.Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
O, şimal alyansının Rusiya və Belarus sərhədləri yaxınlığında fəaliyyətini gücləndirdiyini söyləyib.
"Yaxın vaxtlarda Finlandiya da alyansa üzv olacaq. Bütün bunlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır, lakin bu, xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcək", deyə Rusiya MN başçısı əlavə edib.
Şərhlər: 0
Şərh yaz
