Günün hadisələri - AZİNFO.AZ - Azərbaycandan və Dünyadan ən son xəbərlər
Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın açılışı olub
Azinfo.az xəbər verir ki, 5–6 dekabr tarixlərini əhatə edəcək konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan 100-dən çox xarici qonaq iştirak edir.
Qeyd edək ki, qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları yer alır.
Həmçinin tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.
İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla, konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfərdir.
Bakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib
Bu gün Azərbaycanın bərpa olunan enerji sektoru üçün önəmli bir yenilik olaraq, Bakı Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.
Azinfo.az xəbər verir ki, müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”nin Prezidenti və icraçı direktoru cənab Norza Zakari imzalayıblar.
Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühüm addımdır. “Tiza Green Energy”, “Citaglobal”-ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandığda daha sonra istifadə olunmasını mümkün edəcək. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaq.
Layihə tamamlandıqdan sonra limanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək. Bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaq. Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəş panelləri qurulacaq.
“2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfır karbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəm ki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlı təcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2 emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi və BESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerji idarəçiliyi üzrə böyük imkanlar yaradacaq” – deyə Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib.
“Tiza Green Energy”nin prezidenti və icraçı direktoru cənab Norza Zakari isə qeyd edib ki, “Bu müqavilə günəş enerjisi və BESS texnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yolu ilə Azərbaycanın bərpa olunan enerji sahəsinin irəliləyişində mühüm mərhələdir. Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerji istifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə də tövfə verəcək”.