Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə ümumilikdə 19 127,7 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsinin Azinfo.az-a təqdim etdiyi məlumata əsasən, bu yüklərin 8 749,5 min tonu (yəni 45,7%-i) dəmir yolu ilə, 5 773,6 min tonu (30,2%-i) avtomobil nəqliyyatı ilə, 4 604,6 min tonu isə (24,1%-i) dəniz yolu ilə daşınıb.
Bundan əlavə, ümumi yükdaşımaların 58,6%-i və ya 11 206,2 min tonu tranzit yüklərdən ibarət olub.
Şərhlər: 0
Şərh yaz
