Azinfo » İqtisadiyyat » Aqrar-sənaye kompleksi » Ağdam sənaye parkına əlavə 9 mln. manat investisiya yatırılacaq

Ağdam sənaye parkına əlavə 9 mln. manat investisiya yatırılacaq

Tarix : 27-04-2022   /   İqtisadiyyat / Aqrar-sənaye kompleksi  
Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazib.

Nazir bildirib ki, “Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə
havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının istehsalı ilə məşğul olacaq.
"İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək",- nazir əlavə edib.

Şərhlər: 0

Şərh yaz