Azinfo » İqtisadiyyat » Aqrar-sənaye kompleksi » Azərbaycanın 6 rayonunda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir

Azərbaycanın 6 rayonunda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir

Tarix : 30-06-2022   /   İqtisadiyyat / Aqrar-sənaye kompleksi  
Azərbaycanın 6 rayonunda - Ağdam, Ağcabədi, Bərdə, Saatlı, Sabirabad və Samuxda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda ölkənin 61 rayonunda taxıl biçini davam edir. Taxıl sahələrinin 49%-də, o cümlədən arpa sahələrinin 75%-də biçin başa çatıb.

Bugünədək 87 327 hektar sahədə yay şumu aparılıb, 46 rayon üzrə 5300 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.

Şərhlər: 0

Şərh yaz