Azinfo » İqtisadiyyat » Aqrar-sənaye kompleksi » Azərbaycan şəkər ixracını kəskin azaldıb

Azərbaycan şəkər ixracını kəskin azaldıb

Tarix : 19-09-2022   /   İqtisadiyyat / Aqrar-sənaye kompleksi  
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 139 728,2 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.
Cari ilin ilk səkkiz ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,58%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 20 890,06 ton şəkər ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 56,4% azdır. İxrac edilən məhsulun dəyəri 14 106,36 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 43,7% azdır.

Cari ilin ilk səkkiz ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,05%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,75%-ə bərabər olub.

Şərhlər: 0

Şərh yaz