Azinfo » İqtisadiyyat » Aqrar-sənaye kompleksi » Daha bir neçə faydalı qazıntı yatağı hərraca çıxarılır

Daha bir neçə faydalı qazıntı yatağı hərraca çıxarılır

Tarix : 12-10-2022   /   İqtisadiyyat / Aqrar-sənaye kompleksi  
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən noyabrın 11-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Qurumdan  verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı, Balakən rayonu “Təpəçöl” gil yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı və 6 lot üzrə Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı satışa çıxarılacaq.

Başlanğıc qiyməti 2400- 40 865 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər.

Şərhlər: 0

Şərh yaz