Masallı rayonunda Zeytun Bağları salınır.
Masallı rayonunda Ələt - Astara ipək yolunun çiyin hissəsində Zeytun tingləri əkilir.
Bu gün ərzaq təhlükəsizliyi bütün dünyanı qayğılandıran başlıca məsələlərdən biri kimi diqqət çəkir. Azərbaycan dövlətinin iqtisadiyyatı şaxələndirməsi siyasəti, ərzaq təhlükəsizliyinin təmin olunması ilə simbioz şəkildə inkişaf edir. Bir müddət öncə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər rayonu Zirə qəsəbəsində yerləşən " Abşeron Zeytun Bağları " məhdud məsuliyyətli cəmiyyətinin zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışını etmişdir. Zavodun açılışı həm bu sahədə daxili tələbatın ödənilməsi , həm də ixrac potensialının tam olaraq realizə edilməsi baxımından əhəmiyyətli hadisədir. Nəzərə alsaq ki, dünya bazarında bir ton zeytun yağının qiyməti təqribən beş min dollar civarındadır, ikincisi zeytun ağacları uzunömürlüdür. Min beş yüz, iki min il yaşayır. Azərbaycanın bu sahədə potensialı böyükdür. Bu istiqamətə xüsusi diqqətin ayrılması təsadüfi deyil. Abşeron Zeytun Bağları məhdud məsuliyyətli cəmiyyətinin Zeytunçuluq kompleksi ölkəmizdə qeyri - neft sektoru və kənd təsərrüfatı inkişafı kansepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Masallı rayonu İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Ulu Öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyev siyasətini Masallı rayonunda layiqincə icra edir. Beləki, Ələt - Astara ipək yolunun Masallı rayonundan keçən hissəsində yolun çiyinlərində min dörd yüz əlli ədəd zeytun tingi əkildi. Tinglərin əkilməsində rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov , İcra Hakimiyyətinin əməkdaşları, Viləş Çay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi və əməkdaşları, media nümayəndələri iştirak edirdilər. Əlavə olaraq sınaq məqsədi ilə 20 ədəd badam tingi də əkildi.
Qeyd edim ki, tinglərin əkilməsi rayon İcra Hakimiyyəti başçısının və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Viləş Çay Su Anbarı İstismarı İdarəsinin təşəbbüsü ilə həyata keçirilmişdir.
Rauf Cəbiyev
Şərhlər: 0
Şərh yaz