Azinfo » İqtisadiyyat » Birja xəbərləri » ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Tarix : 31-03-2022   /   İqtisadiyyat / Birja xəbərləri  

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 3 449 min barel azalaraq 409 950 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 022 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Şərhlər: 0

Şərh yaz