Azinfo » İqtisadiyyat » İnfrastruktur » "Azəriqaz" rəhbərliyi Lənkəran, Astara və Lerik sakinləri ilə görüşəcək

"Azəriqaz" rəhbərliyi Lənkəran, Astara və Lerik sakinləri ilə görüşəcək

Tarix : 07-04-2023   /   İqtisadiyyat / İnfrastruktur  
SOCAR “Azəriqaz” İB rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.

10 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək.

“Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər”, - məlumatda qeyd olunur.

Şərhlər: 0

Şərh yaz