Azinfo » İqtisadiyyat » İnfrastruktur » ADY: Azərbaycanla İran arasında baş verənlər yükdaşımalara təsir etməyib

ADY: Azərbaycanla İran arasında baş verənlər yükdaşımalara təsir etməyib

Tarix : 10-04-2023   /   İqtisadiyyat / İnfrastruktur  
Azərbaycanla İran arasında baş verən son hadisələr iki ölkə arasındakı yükdaşımalara təsir etməyib, əksinə yükdaşımalar 2 dəfə artıb.

Azinfo.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşımalar departamentinin rəisi Emil Əhmədov açıqlaması zamanı bildirib.

"Çünki kifayət qədər tələbat var. Ona müvafiq olaraq yükləmə-boşaltma işlərini həyata keçirən işçilərin sayı artırılıb, nəticədə, iki dəfə artım var. Bu, həm Azərbaycan-İran, həm də Şimal-Cənub istiqamətində, yəni şimaldan cənuba və cənubdan şimala daşımalarda artım qeydə alınıb",- deyə Emil Əhmədov vurğulayıb.

Şərhlər: 0

Şərh yaz