Rəşad Nəbiyev Axalkələk stansiyasında görülmüş işlərlə tanış olub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.
Nazirlikdən verilən məlumata görə, o, səfər çərçivəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi üzrə görülmüş işlərlə tanışlıq məqsədilə Axalkələk stansiyasında olub.
İcraçılar layihənin gedişi barədə ətraflı məlumat verib, sonra ərazidə infrastruktur obyektlərinə baxış keçirilib
.
Qeyd edək ki, 2017-ci il 30 oktyabr tarixində açılışı olmuş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə həyata keçirilən yükdaşımaları artan dinamika ilə inkişaf etməkdədir. Bu günədək bu marşrutla 1 mln. tondan çox yük daşınıb.
Şərhlər: 0
Şərh yaz
