“Azərkosmos” “TEKNOFEST Türkiyə”də Beynəlxalq Astronavtika Konqresinə dair təqdimatlar edib
“Azərkosmos” Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində 2-6 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.
Azinfo.az "APA-Economics"in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ilə birgə milli pavilyonda təmsil olunan “Azərkosmos” festivalın iştirakçılarına “Azərkosmos”un fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.
Festivalda Azərbaycan pavilyonunu ziyarət edən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.
Festival çərçivəsində İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yeditepe Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr olunmuş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.

Şərhlər: 0
Şərh yaz